Prezident İlham Əliyevin Polşa prezidenti ilə təkbətək görüşü olub
25 iyul 2011 12:51 (UTC +04:00)

Prezident İlham Əliyevin Polşa prezidenti ilə təkbətək görüşü olub

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskini qarşılayıb. Daha sonra Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Bronislav Komorovskiyə, Polşa nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Polşa münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyi bildirilib. İkitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından da əhəmiyyəti vurğulanıb.

Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar