Brayza: “Azərbaycanda Allahın evlərinə göstərilən ehtiramdan şadam”
0
0
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sonra səfir kilsə ərazisində icma üzvləri ilə nahar edib və Udin icması ilə daha yaxından tanış olub.
M. Brayza Cənubi Qafqaz regionunun zəngin mədəni irsini saxlamaq üçün Udin kilsəsinin bərpası kimi qoruyub saxlama layihələrinin vacibliyini qeyd edib: “Mədəni və dini abidələrin qorunub saxlanması siyasi, mədəni və dini fərqləri də üstələyən böyük bəşəri əhəmiyyətə malikdir. Sizin kilsənin, mədəniyyətinizin və dilinizin qorunub saxlanması müxtəliflik və tolerantlığa gözəl nümunədir. Bu yaxınlarda Bakıdakı erməni kilsəsində oldum və səmimi olaraq inanıram ki, gün gələcək və insanlar o kilsədə sizin burda ibadət etdiyiniz kimi, ibadət edə biləcəklər. Yerli rəsmilərin və vətəndaşların Allahın evlərinə göstərdiyi ehtiramı görməyə çox şadam”.
Səfirlidən bildirilib ki, M. Brayzanın ziyarəti Qəbələ və Göyçay rayonlarına üçgünlük səfər çərçivəsində baş tutub. Səfər zamanı o, ABŞ-ın Sülh Korpusunun təşkil etdiyi gənc liderlər düşərgələrinin iştirakçıları ilə söhbət edib, icra başçıları ilə görüşüb və ABŞ-ın Beynəlxalq İnkişaf Proqramının (USAİD) məqsədi Göyçay rayonunda gəlirləri artırmaq və yeni iş yerləri yaratmaq olan Azərbaycanda Rəqabətlilik və Ticarət proqramından yararlanan nar emalı müəssisəsinə baş çəkib.