Türkiyənin Azərbaycandakı sabiq səfirinə yeni vəzifə
25 iyul 2011 11:32 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı sabiq səfirinə yeni vəzifə

Türkiyə Xarici İşlər Nazirliyində yeni səfir təyinatları olub. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə. Xarici İşlər Nazirliyi Aparatı rəhbərinin müavinlərindən Səlim Yenel Türkiyənin Brüsseldəki Avropa Birliyi Daimi Nümayəndəliyinin rəhbəri, Ayşə Sezgin isə Avstriya səfiri təyin edilib.

Prezident Administrasiyasının katibi Hüseyn Avni Karslıoğlu Türkiyənin Almaniyadakı səfiri olub. Hüseyn Avni Qarslıoğlu Türkiyənin Azərbaycandakı sabiq səfiridir. Nyu-York baş konsulu Mehmet Samsar Türkiyənin Ukraynadakı səfiri təyin olunub. BMT baş katibinin Pakistan üzrə xüsusi nümayəndəsi vəzifəsini də yerinə yetirən Engin Soysal Avropa Şurasının daimi nümayəndəliyinə gətirilib. İsmayıl Haqqı Musa Brüssel, Gülhan Ulutəkin Bratislava, Taner Seben Sinqapur, Əli Kamal Aydın Əmman səfirliyinə təyin edilib.

Yunis Dəmirər Bağdad, Əhməd Rza Dəmirər Librevil (Qabon), Fazlı Çorman Səna, Əhməd Yıldız isə Sarayevo səfiri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar