Elnur Aslanov ABŞ-ın Truman layihəsinin nümayəndələri ilə görüşüb
23 iyul 2011 10:37 (UTC +04:00)

Elnur Aslanov ABŞ-ın Truman layihəsinin nümayəndələri ilə görüşüb

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Bakıda səfərdə olan ABŞ-ın Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla görüşüb.


SAM-ın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, görüşdə PA rəsmisi Azərbaycan xarici siyasət prioritetləri, ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqaz regionunun geosiyasəti və təhlükəsizliyi, mövcud təhdidlər və s. barədə qonaqlara məlumat verib.


Elnur Aslanov müzakirə zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xüsusilə önə çəkərək, münaqişə ətrafında gedən danışıqlar prosesini, müharibənin regionun ümumi inkişafına mane olduğunu bildirib. Eyni zamanda orada etnik təmizləmələrin aparılması və dinc əhalinin zorakılıqla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin öz birmənalı mövqeyini bildirməsinin vacibliyini vurğulayıb.


Prezident Administrasiyasının şöbə müdiri qonaqları maraqlandıran digər sualları da cavablandıraraq, qarşılıqlı maraq kəsb edən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar