Britaniyanın Azərbaycandakı səfiri diplomatik fəaliyyətini başa vurur
22 iyul 2011 17:26 (UTC +04:00)

Britaniyanın Azərbaycandakı səfiri diplomatik fəaliyyətini başa vurur

0
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braunu ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Karolin Braun görüşdə deyib ki, işlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərib, bu istiqamətdə Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlıq edib.


Elmar Məmmədyarov da Karolin Brauna xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar