Azərbaycan Diplomatik Akademiyasında xarici diplomatları üçün kurslar keçirilir - FOTO
İlk dəfə olaraq Afrika və Asiyadan gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının (ADA) “Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi“ proqramı üzrə 10 günlük kursda iştirak edirlər. Lent.az-ın verdiyi məlumata görə, təlimə Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma, Malayziya kimi ölkələrdən əsasən birinci və ikinci katib vəzifəsini daşıyan 14 diplomat qatılıb.
Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyəcəklər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər keçəcəklər. Eyni zamanda diplomatlar üçün Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı xüsusi təqdimat da keçiriləcək. Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Quba, Qobustan, Bibiheybət məscidi, Səngəçal terminalı və digər mədəniyyət ocaqları və muzeylərini ziyarət edəcəklər.
Dərslərin ilk günündə diplomatlar qarşısında çıxış edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev ölkənin son 20 ildə keçdiyi tarixi yol, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunması və son dövrlərin iqtisadi nailiyyətlərindən söz açıb. Hafiz Paşayev ölkəmizdə olduqları müddət ərzində diplomatların dərslərlə yanaşı Bakı və ətraf regionlara səfər edəcəklərini və Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış ola biləcəklərini söyləyib.
Qeyd edək ki, 15-25 iyun tarixlərində Azərbaycan Diplomatik Akademiyasında 14 Latın Amerika və Karib adaları diplomatları üçün də “Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi“ kursu keçirilib.

460