Azərbaycan prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
21 iyul 2011 18:44 (UTC +04:00)

Azərbaycan prezidenti özbəkistanlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Özbəkistanda baş vermiş və insan tələfatına səbəb olmuş zəlzələ ilə bağlı Özbəkistan prezidenti İslam Kərimova başsağlığı məktubu göndərib. Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, məktubda deyilir: “Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar