“Azərbaycan” Cəmiyyəti ABŞ və Fransa prezidentlərinə müraciət edib
21 iyul 2011 15:48 (UTC +04:00)

“Azərbaycan” Cəmiyyəti ABŞ və Fransa prezidentlərinə müraciət edib

Birləşmiş Ərəbə Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov ABŞ və Fransa prezidentləri Barak Obama və Nikolya Sarkoziyə, ABŞ Dövlət Departamentinə məktubla müraciət edərək onları Azərbaycana təcavüzünü dayandırması üçün Ermənistana təzyiq göstərməyə çağırıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktubda qeyd olunur ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər və Şahmalıyeva Aygün oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər.

Evdə oynayan zaman 13 yaşlı Aygün Şahmalıyeva oyuncağı masanın üstünə atıb, nəticədə partlayış bas verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində iyulun 14-də 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun 32 yaşlı anası Şahmalıyeva Elnarə ciddi xəsarət alaraq yaralanıb.

Buna bənzər hadisənin 1994-cü ildə baş verməsi nəticəsində iki uşağın həlak olduğunu, bir nəfərin isə yaralandığını qeyd edən məktub müəllifi yazır ki, neçə uşaq ölməlidir ki, ABŞ və Avropa ölkələrinin hökumətləri erməni siyasətinin terrorçu və fanatik siyasət olduğunu anlasın. Daha sonra Samir İmanov bu il martında 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi faktını xatırladır. O, beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya və Rusiya kimi böyük dövlətlərin Azərbaycan xalqına qarşı aparılan erməni terrorunun və psixoloji təcavüzünün dayandıra bilməməsinin səbəblərini anlamadığını bildirib. BƏƏ-də fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov ABŞ və Fransa prezidentlərini, ABŞ Dövlət Departamentini Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror əməllərini və təcavüzünü dayandırması üçün Yerevana təzyiq göstərməyə və Ermənistan rəhbərliyindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar