Doroxin: “Qorbaçov Dağlıq Qarabağ münaqişəsini yanlış qiymətləndirib”
21 iyul 2011 11:10 (UTC +04:00)

Doroxin: “Qorbaçov Dağlıq Qarabağ münaqişəsini yanlış qiymətləndirib”

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, səfir Rusiyada Azərbaycan haqqında hələ az bildiklərini deyib: “Azərbaycan bizim onu daha dərindən tanımağımıza layiqdir. O, Rusiya üçün çox vacib və çox lazımlı tərəfdaşdır”.


Diplomat bu gün Azərbaycanın dünya enerji bazarının müstəqil iştirakçısı olduğunu qeyd edib: “Azərbaycan xaricə kifayət qədər çox neft nəql edir, onun sözünün qiyməti var, onun mövqeyi böyük əhəmiyyət kəsb edir”.


Səfir Rusiya gənclərinin nümayəndələrinə Azərbaycanda rus dilinə və rus mədəniyyətinə münasibət barədə də məlumat verib: “Burada rus dili və rus mədəniyyəti ilə bağlı çox nadir vəziyyət yaranıb. Sovet hakimiyyəti illərində bu ölkədə faktiki ikidillilik yaranmışdı. Çox maraqlı fenomen müşahidə olunurdu – Azərbaycanın yaradıcı ziyalılarının bir qismi rus mədəniyyəti ənənələri əsasında tərbiyə edilmişdi. Azərbaycanın inkişafında köklü tarixi dönüş baş verdiyinə baxmayaraq, bu ənənələr bir kənara atılmayıb, ikidillilik əvvəlki kimi yenə təşviq edilir, qiymətləndirilir və bu bizim münasibətlərimiz üçün çox vacibdir”.

Nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə suallarına cavabında diplomat bunları deyib: “İndi biz tam səmimiyyətlə deyə bilərik ki, Qorbaçov başda olmaqla, Sovet İttifaqının rəhbərliyi səhv edib. O, sadəcə olaraq bu münaqişəni yanlış qiymətləndirib və düzgün olmayan qərarlar qəbul edib”.

Rusiyalı diplomat 1994-cü ildən atəşkəs rejimi mövcud olmasını və sülh danışıqları aparılmasını xatırladaraq vurğulayıb ki, vasitəçilərin 15 ildə apardığı intensiv iş hələlik nəticə verməyib: “Bizim bütün diplomatik səylərimiz bu münaqişənin dinc siyasi həlli yolunu tapmağa yönəlib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar