Ötən il bəzi ölkələrdən alınan silah və hərbi texnika - SİYAHI
APA-nın məlumatına görə, bir sıra ölkələr BMT-nin Adi Silahlar Registrinə təqdim etdikləri hesabatlarda Azərbaycana satdıqları silah və hərbi texnika barədə məlumatları açıqlayıb.
Hesabatlara görə, 2010-cu ildə Türkiyə Azərbaycana 15 ədəd zirehli maşın, Ukrayna 71 ədəd BTR-70 (silahsız), 7 ədəd 122 mm çaplı 2C1 «Qvozdika» özüyeriyən artilleriya qurğusu, 1 ədəd Mi-24R helikopteri, 1 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, Slovakiya 1 ədəd 2A42 tipli döyüş maşınları və helikopterlərdə qurula bilən avtomatik top, Belarus 30 ədəd 120 mm çaplı D-30 topu, 1 ədəd “Su-25” döyüş təyyarəsi, Bosniya və Herseqovina isə 10 ədəd 128 mm çaplı RAK-12 reaktiv yaylım atəş sistemi və bu sistemlər üçün 20 min ədəd raket satıb.
Kiçik çaplı silahlardan isə hesabat dövründə Türkiyə 110 ədəd tapança, Ukrayna 3 min ədəd avtomat və tapança-pulemyot, Avstriya 100 ədəd tapança satışı həyata keçirib.
Qeyd edək ki, hazırda Registrə çox az sayda dövlət hesabat təqdim edib. İlin sonunadək davam edəcək hesabatların təqdimatı zamanı yeni məlumatların açıqlanması gözlənilir.

544