Məzahir Pənahov Latviyada referendumu müşahidə edəcək
20 iyul 2011 16:16 (UTC +04:00)

Məzahir Pənahov Latviyada referendumu müşahidə edəcək

0
Bu barədə Lent.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O bildirib ki, səfərdə məqsəd iyulun 23-də Latviyada keçiriləcək referendumda müşahidəçilik etməkdir. Bundan əlavə, Azərbaycan MSK-nın sədri Latviya Mərkəzi Seçki Komissiyasının sədri və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.

Görüşlərdə iki ölkənin seçki qurumları arasındakı münasibətlər və qarşılıqlı maraq doğuran başqa məsələlər barədə müzakirələr aparılacaq.

Səfərdə MSK sədrini Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar