Vətəndaş Hərəkatı Forumu AXCP və Müsavatla görüşmək istəyir
20 iyul 2011 15:51 (UTC +04:00)

Vətəndaş Hərəkatı Forumu AXCP və Müsavatla görüşmək istəyir

Bu barədə Lent.az-a məlumat verən VİP sədri bildirib ki, görüşdə VHF-nin son toplantısının ardınca planlaşdırılan işlərin gedişinə nəzər yetirilib: “Altılığın toplantısında belə qərar qəbul olunmuşdu ki, KXCP sədri Mirmahmud Mirəlioğlu VHF-nin nümayəndələri ilə birlikdə toplantıda iştirak etməyən iki partiyanın funksionerləri ilə görüşsünlər. Bu görüş istəyi barədə mətbuat vasitəsilə müraciət olunmuşdu. İndi də baş tutacaq bu görüşün detalları ilə bağlı müzakirələr apardıq”.

Ə. Əliyev deyib ki, nəzərdə tutulan görüşün bu həftə baş tutması üçün ciddi bir problem yoxdur: “Sadəcə olaraq, tərəflər bir az fəal olmalıdır. Hazırda çalışırıq ki, Mirmahmud bəyin bu görüşləri təşkil edilsin”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar