DAK-da qalmaqal ikinci pərdəyə keçdi
20 iyul 2011 15:05 (UTC +04:00)

DAK-da qalmaqal ikinci pərdəyə keçdi

DAK-ın mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada belə deyilir. Açıqlamada bildirilir ki, bu sərəncamı S.Rəhimli birmənalı qarşılamayıb və DAK İdarə Heyətinin adından yalan məlumat yaymaqla növbədənkənar qurultayın çağırılması üçün Təşkilat Komitəsinin yarandığını, DAK həmsədrlərinin səlahiyyətlərinin dondurulduğunu elan edib.


Açıqlamada qeyd edilib ki, DAK-ın adından yayılan yalan açıqlamada İdarə Heyətinin iclasında iştirak edənlərin sayının 7 nəfər olduğu vurğulanır, ancaq DAK-ın Nizamnaməsinin 5.2 bəndinə görə, İdarə Heyəti 17 nəfərdən ibarət olduğu üçün burada 10 nəfərlik kvorum təmin olunmayıb: “DAK-ın 2010-cu il dekabrında baş tutan növbəti qurultayında İdarə Heyətinə Nizamnaməyə əsasən 17 nəfər üzv seçilib. Lakin DAK İH-nin 2011-ci ilin fevralın 27-də Türkiyənin Ankara şəhərində keçirilən toplantısında NTK-nın təqdimatı ilə B.Həqqi və F.Quluzadənin səsvermə səlahiyyətləri dondurulub. Belə ki, F.Quluzadə DAK-ın xərclənən maliyyə vəsaiti barədə İH və NTK-ya heç bir hesabat verməyib və bütün koordinatlarını dəyişməyib, göndərilən sorğuları cavablandırmayıb, B.Həqqi isə Nizamnaməyə uyğun olmayan bir sıra hərəkətlərə yol verib. Hazırda İH-in 17 üzvündən 15-i aktiv fəaliyyətdədir. Nizamnaməyə əsasən, üzvlərinin ən azı 3/2-si iştirak etdikdə İdarə Heyətinin yığıncağı səlahiyyətlidir. Göründüyü kimi, İH iclasının səlahiyyətli olması üçün ən azı 11 üzvün iştirakı zəruridir”.


Açıqlamada həmçinin, qeyd olunub ki, mühüm qərarlar – «DAK həmsədrlərinin seçilməsi və onların vəzifədən azad edilməsi, növbədənkənar qurultayın çağırılması» üçün qərarlar «İH-in səlahiyyətli yığıncağının 3/2-sinin səs çoxluğu ilə qəbul olunmalıdır.


“S.Rəhimlinin İH-nin 7 üzvünün adından yaydığı müraciət tamamilə Nizamnamə pozuntusudur” deyə açıqlamada bildirilir.



Qeyd edilib ki, DAK mətbuat xidməti İH-nin iclasında adı keçən üzvləri ilə əlaqə saxlamağa çalışıb və məlum olub ki, iclas ümumiyyətlə keçirilməyib, adı çəkilən üzvlərin bəziləri ilə M.Fətiyev telefonla danışıb. Hətta iclasın katibi kimi göstərilən Oqtay Hüseynov bildirib ki, nəinki iclasda iştirak etməyib, həm də belə bir qərardan xəbərsizdir.


Qeyd edək ki, bu məsələləri DAK Nəzarət Təftiş Komissiyası araşdırır və Nizamnamə pozuntusu barədə faktlar İH-nin növbəti toplantısına təqdim olunacaq.

Qeyd edək ki, dünən DAK-ın İdarə Heyətinin adından yayılan açıqlamada qurumun Həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və Daimi Şuranın sədri Əjdər Tağızadənin tutduqları vəzifələrdən uzaqlaşdırıldıqları göstərilib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar