Dədə Qorqud  Beynəlxalq Mədəniyyət və Sənət Festivalı başa çatdı - FOTO
20 iyul 2011 12:38 (UTC +04:00)

Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalı başa çatdı - FOTO

Millət vəkili Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, Türkiyədə keçirilən 17-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında iştirakı çərçivəsində o, Türk Dünyası Yazarlar Birliyinin sədri Yahya Akengin, Türkiyənin məşhur araşdırmaçı yazarı Abdulla Satoğlu və Türk dünyasının müxtəlif bölgələrindən gələn yazarlar, şairlər və araşdırmaçılar ilə görüşüb. Görüş zamanı millət vəkili onlara Azərbaycanla bağlı, Azərbaycan tarixi, ədəbiyyatı, həqiqətləri, xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı geniş məlumatlar verib.

Millət vəkili deyib ki, bu mövzuların Türk dünyasının aydınlarının yazılarında, məqalələrində, əsərlərində öz əksini tapması bu günümüz və gələcək üçün çox vacib və əhəmiyyətlidir. Görüşlər zamanı bu istiqamətdə ətraflı fikir mübadilələri aparılıb.

Dədə Qorqud festivalı ilə bağlı bölgənin mərkəzi meydanında təşkil olunmuş böyük konsert proqramında isə Azərbaycanın festivalda iştirakı xüsusi vurğulanıb və minlərlə insan Azərbaycanı yüksək coşğu ilə alqışlayıb.

Daha sonra Bayburtun tarixi yerlərinə - Bayburt qalasına, Bamsı Beyrək məzarına, Bayburt mağarasına ziyarətlər olub. Millət vəkili Qənirə Paşayevanın və Azərbaycan nümayəndə heyətinin digər üzvləri Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal, Yazıçılar Birliyinin üzvü, şair Akif Ədmədgilin Bayburtda keçirdiyi görüşlər, festival çərçivəsindəki çıxışları və Azərbaycan həqiqətlərinə dair fikirləri kütləvi informasiya vasitələrində, xüsusilə «Gündem», «Yeşil Bayburt», «Çoruhun doğduğu yer», «Nabız» qəzetlərində, TRT və bir sıra televiziya kanallarında və agentliklərdə geniş işıqlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar