Parlamentin yaz sessiyasının 17 iclasında 183 qanun qəbul edilib
Lent.az-ın məlumatına görə, konfransda Milli Məclis spikerin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədrləri onların müavinləri, deputatlar Səməd Seyidov, Arif Rəhimzadə, Nizami Cəfərov, Elton Məmmədov, Şəmsəddin Hacıyev, Eldar İbrahimov və Əsabil Qasımov iştirak ediblər.
Konfransı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açaraq, parlamentlə mətbuat nümayəndələrinin əlaqələrinin yük səviyyədə olmasından məmnunluğunu bildirib və jurnalistləri qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Milli Məclis sədrinin müavini Bahar Muradova Milli Məclisin yas sessiyası dövründə gördüyü işlərdən danışıb. O bildirib ki, 2011-ci ildə dünyada baş verən iqtisadi və siyasi təlatümlər fonunda Azərbaycan qazandığı uğurlar təqdirəlayiqdir.
B. Muradova IV çağırışı Milli Məclis yaz sessiyası dövründə ümumilikdə 17 iclas keçirildiyini və üst-üstə 183 qanun və qərar çıxarıldığını söyləyib. O bildirib ki, qəbul edilən qərar və qanunlardan önəmli olanları Ombudsan haqqında, Dini Etiqad haqqında və s. qanunlardır. Spiker müavini iqtisadi sahədə olan boşluqların aradan qaldırılması ilə bağlı qəbul edilmiş qanunlardan da bəhs edib. Bildirib ki, İcbari Sığorta, Gömrük, İpoteka və s. haqqında qanunlar buna xidmət edir. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilən Əmək pensiyaları haqında qanundan da danışan spiker müavini, eyni zamanda əhalinin sağlamlığı, qaçqınların statusu, əmək məcəlləsi, ailə məcəlləsi və digər bir sıra qanunlara da əlavə və dəyişikliklər edildiyini bildirib.
Bir sıra beynəlxalq sazişlərin, müqavilələrin ratifikasiya edildiyini də nəzərə çatdıran Bahar Muradova bu konvensiyaların Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
TÜRKPA-nın Azərbaycanın rəhbərliyi ilə dünya səviyyəli ciddi bir quruma çevrildiyini söyləyən spiker müavini bu təşkilatın Azərbaycanın rəhbərliyi altında böyük sıçrayış etdiyini və bunun ölkəmizin uğuru olduğunu bildirib.
Yaz sessiyası dövründə parlamentlərarası dostluq qruplarının fəaliyyəti haqqında danışan B. Muradova dostluq qruplarındakı deputatların bu il daha intensiv və səmərəli işlər gördüyünü söyləyib.
Milli Məclisin Aparatının deputatların işinin təşkil edilməsini yüksək səviyyədə həyata keçirdiyini vurğulayan B. Muradova aparatın əsas işinin deputatların seçicilərlə görüşlərini, beynəlxalq qonaqlarını qəbulunu təşkil etmək olduğunu bildirib.
Anar GƏRAYLI

Oxşar yazılar

Əfv Komissiyasının daha bir iclası keçirildi
12 mart 2025 , 17:02
Arkadi Qukasyan məhkəmədə etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
10 mart 2025 , 21:07
Bako Sahakyan: Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub
10 mart 2025 , 21:00
Trampın keçmiş müşaviri Putinin ABŞ prezidentindən necə istifadə etdiyini AÇIQLADI
10 mart 2025 , 19:05
Ermənistanın hərbi təcavüzü nəticəsində dörd min nəfərə yaxın vətəndaşımız itkin düşüb
10 mart 2025 , 12:53
Göyərçinlərdən istifadə edən Avropanın son ordusu - Maraqlı fakt
8 mart 2025 , 17:20
Etibar Süleymanov ölkədən necə qaçıb? - DTX bütün planları İFŞA ETDİ
7 mart 2025 , 17:11