Ermənistana səfir təyin olunacağı gözlənilən Con Heffern “soyqırım” sözünü işlətmədi
14 iyul 2011 12:00 (UTC +04:00)

Ermənistana səfir təyin olunacağı gözlənilən Con Heffern “soyqırım” sözünü işlətmədi

0
APA-nın Amerika Erməni Milli Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Con Heffern ermənipərəst senatorlar tərəfindən sərt şəkildə sorğu-sual edilib.

Başda senator Robert Menendez olmaqla bir qrup senator Obama hökümətinin 1915-ci ilin olaylarını “soyqırım” kimi xarakterizə etməməsinin Amerikanın həm maraqlarına, həm də mənəvi imicinə xələl gətirdiyini vurğulayıblar. Senator Menendez deyib ki, “soyqırım”ı etiraf etməyən bir amerikalı diplomatın Ermənistanda işləməsi qəliz işdir.

Lakin dinləmlər zamanı Con Heffern “soyqırım” sözünü dilinə gətiməyib və 1915-ci ilin hadisələrini qətliam kimi səciyyələndirməklə kifayətlənib: “Həmin hadisələrin qiymətləndirilməsi prezident tərəfindən qəbul edilən bir qərara bağlıdır və bu yanaşma onun 24 aprel xatirə bəyanatında öz əksini tapır”.

Dinləmələrin yaxın günlər ərzində davam edəcəyi xəbər verilir.

Bu arada “The Washington Times” qəzeti Amerika ermənilərinin Heffernə şübhə ilə yanaşdıqlarını yazıb. “Ermənilər cavab istəyir” adlı məqalədə bildirilir ki, şübhələrə səbəb Heffernin türkpərəst senatorlarla yaxşı münasibətdə olmasıdır. Ermənilər narahatdırlar ki, amerikalı diplomatın keçmiş siyasi təcrübəsi onun gələcək diplomatik fəaliyyətinə təsir edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar