XİN: Dağlıq Qarabağa aralıq statusun veriləcəyi ilə bağlı fikri absurd və məntiqsizdir
13 iyul 2011 16:07 (UTC +04:00)

XİN: Dağlıq Qarabağa aralıq statusun veriləcəyi ilə bağlı fikri absurd və məntiqsizdir

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Ermənistan prezidenti Serj Sarkisyanın “Qolos Armenii” qəzetinin kollektivi ilə görüşündə Dağlıq Qarabağda keçiriləcək referenduma qədər bu bölgəyə beynəlxalq səviyyədə tanınacaq aralıq status veriləcəyinə dair açıqlamasına münasibət bildirən E. Poluxov hesab edir ki, S. Sarkisyan nə söylədiyinin fərqində deyil: “Beynəlxalq aləm tərəfindən tanınan aralıq status beynəlxalq münasibətlər terminologiyasına uyğun deyil və Dağlıq Qarabağa gələcəkdə hər hansı status veriləcəksə, bu, yalnız beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının sərhədləri çərçivəsində olacaq”.

Ermənistan prezidentinin erməni zabitləri qarşısındakı çıxışını da şərh edən XİN-in mətbuat katibi aşağıdakıları söyləyib: “Görünür, Ermənistan prezidenti son zamanlar və ələlxüsus tərəflərin apardığı danışıqlar zamanı populist xarakterli bəyanatlar verməklə və Azərbaycana qarşı hərbi ritorikalar səsləndirməklə onun iqtidarına qarşı yönəlmiş və ciddi şəkildə narazı olan erməni ictimaiyyətinin fikrini daxil problemlərdən uzaqlaşdıraraq xarici faktorlara yönəltmək istəyir. Belə bir durumda Azərbaycan ən “münasib” hədəfdir. Ölkəsinin səfalət içində olduğunu və iqtisadiyyatının böyük tənəzzülə uğradığını yaxşı dərk edən Sarkisyan bütün səylərini bu münaqişənin həllinə yönəltmək yerinə tam deformasiya olmuş siyasi mövqelərini qonşu ölkə olan Azərbaycanı hərbi cəhətdən hədələməklə möhkəmlətməyə çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar