Səfirlik: “İmage” jurnalı satışa çıxarılmayacaq
Səfirlikdən APA-ya daxil olmuş açıqlamada deyilir: “Ukraynanın “İmage” jurnalının Ermənistan səfirliyi tərəfindən hazırladılmış xüsusi buraxılışında Azərbaycana olan ərazi iddiaları və Dağlıq Qarabağ tarixinin qəsdən saxtalaşdırılması ilə əlaqədar məlumatlara etiraz əlaməti olaraq Ukraynadakı səfirliyimiz tərəfindən bir sıra tədbirlər görülüb. İlk olaraq Ukraynanın Xarici İşlər Nazirliyinə və qeyd olunan jurnalın redaksiyasına etiraz məktubları göndərilib. Daha sonra Ukrayna xarici işlər nazirinin müavini və nazirliyin İnformasiya İdarəsinin rəisi ilə görüşlər keçirilib və narahatlığımız qarşı tərəfə çatdırılıb. Ukrayna rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın rəsmi mövqeyinin ölkə prezidenti Viktor Yanukoviç tərəfindən dəfələrlə səsləndiyi kimi - “Ukrayna Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həll olunmasının tərəfdarıdır” qaldığını bildirib. Kommersiya məqsədilə çap edilən və jurnalın üst qabığında Ermənistan səfirliyinin adının qeyd olunmasının bu xüsusi buraxılışın bilavasitə səfirliyin dəstəyi ilə hansı məqsədlə çap olunduğunu göstərir. Ukrayna oxucuları arasında reytinqi olmayan jurnalın qeyd olunan nüsxəsinin çapı daha çox Ermənistan səfirinin öz ölkəsinə hesabat verməsi üçün atılmış bir addımdır.
“İmage” jurnalının redaksiyasından aldığımız məktubda isə jurnalın qeyd olunan sayındakı bütün materialların Ermənistan səfirliyi tərəfindən təmin edildiyi və Azərbaycan səfirliyi ilə redaksiya arasında yaranmış konflikti aradan qaldırmaq üçün jurnalın satışa çıxarılmayacağı bildirilib”.
“İmage” jurnalının redaksiyasından aldığımız məktubda isə jurnalın qeyd olunan sayındakı bütün materialların Ermənistan səfirliyi tərəfindən təmin edildiyi və Azərbaycan səfirliyi ilə redaksiya arasında yaranmış konflikti aradan qaldırmaq üçün jurnalın satışa çıxarılmayacağı bildirilib”.
406