Həmsədrlər sabah gələcəklər
APA-nın xəbərinə görə, həmsədrlərin Azərbaycan prezidenti ilham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəkləri gözlənilir. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq. Həmsədrlər Bakıdan İrəvana, oradan isə Xankəndinə gedəcəklər.
Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev Kazan görüşündən sonra münaqişənin həllinə dair yazılı təkliflərini xarici işlər naziri Sergey Lavrov vasitəsilə tərəflərə göndərib. Azərbaycanın xarici işlər naziri iyulun 17-də Rusiyaya səfər edərək həll prosesindəki son durumu müzakirə edəcək.

390