Həmsədrlər ATƏT sədrinə danışıqlar prosesi barədə məlumat veriblər
Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis iyulun 12-də Vilnüsdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. APA-nın Litva XİN-ə istinadən verdiyi xəbərə görə, həmsədrlər fəaliyyətdə olan sədri iyunun 24-də keçirilmiş Kazan görüşü və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi haqqında məlumatlandırıblar. Görüşdə danışıqlar prosesinin perspektivi və ilin sonuna qədər nəzərdə tutulan plan müzakirə edilib.
A. Ajubalis həmsədrlərin səylərinə dəstəyini ifadə edərək qarşılıqlı etimadın möhkəmləndirilməsi işinə vətəndaş cəmiyyətlərinin daha çox cəlb olunmasını istəyib: “Bu, münaqişənin həllinə və cəmiyyətlər arasında etimadın möhkəmlənməsinə töhfə verəcək”.

382