“Gənc xarici işlər nazirləri”
12 iyul 2011 12:01 (UTC +04:00)

“Gənc xarici işlər nazirləri”

Lent.az-ın məlumatına görə, bir həftə ərzində keçiriləcək konfrans Türkiyə Xarici İşlər Nazirliyi, Sabancı Universiteti, Tuzla bələdiyyəsi və Misirin Mədəniyyətlərin Tədqiqi və Dialoq Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

İKGF-nin baş katibi, səfir Elşad İsgəndərov konfransda İƏT-nin Baş Katibi Prof. Dr. Ekmeleddin İhsanoğlu, Sabancı Universitetinin rektoru Prof. Dr. A. Nihat Berker və çoxsaylı beynəlxalq qurum və diplomatik təmsilçiliklərin nümayəndələrinin iştirak edəcəyini bildirib. Konfransda 57 İƏT ölkələrini təmsil edən 250-dən çox beynəlxalq münasibətlər sahəsində təhsil alan bakalavr və magistratura tələbələri iştirak edirlər.

E.İsgəndərovun sözlərinə görə, iyulun 16-da konfransın son günü “İƏT Modeli” çərçivəsində İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiya oyunu keçiriləcək. Oyun zamanı İƏT üzv ölkələrini təmsil edən və “xarici işlər naziri”, “nazir müavinləri”, “səfir” qismində çıxış edən gənclər İslam dünyasının və beynəlxalq aləmin aktual problemlərini müzakirə edəcək və problemlərdən çıxış yolları axtaracaqlar: “Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və İKT üzv ölkələrinin işğalçı ölkəyə qarşı həyata keçirəcəyi sanksiyaların müzakirəsi gündəmə salınıb”.

Konfransın nəticələrinə görə 3 qalib yeri müəyyən olunacaq. Qeyd edək ki, İKGF təşkilatçılığı ilə Bakıda keçirilmiş “İƏT Modeli” simulyasiya oyunun qalibi olmuş beş gənc həmvətənimiz konfransda Azərbaycanı təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar