Nüfuzlu Roma İnstitutunda Dağlıq Qarabağ konfransı - FOTO
12 iyul 2011 10:23 (UTC +04:00)

Nüfuzlu Roma İnstitutunda Dağlıq Qarabağ konfransı - FOTO

Dünən beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu Roma şəhərindəki tarixi Rondini sarayında “Dağlıq Qarabağ üzrə danışıqların gələcəyi” mövzusunda konfrans keçirib.

Lent.az-ın məlumatına görə, tədbiri BMİ-nin direktoru professor Ettore Qreko açıb. Daha sonra BMİ-nin direktor müavini Natali Toççi, Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə və Londondakı LİNKS Münaqişə Dövlət Quruculuğu İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut çıxış edib, Milan Katolik Universitetinin professoru xanım Valeria Piaçentini isə tədbirin aparıcısı olub.

Tədbir zamanı məruzəçilər tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və bu mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov münaqişə ilə bağlı ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak edib.

Qeyd edilmiş konfrans BMİ-nin Azərbaycanla bağlı keçirməyi planlaşdırdığı silsilə tədbirlərin birincisidir. İl ərzində BMİ tərəfindən enerji təhlükəsizliyi, iqtisadi məsələlər, vətəndaş cəmiyyəti və demokratikləşmə məsələlərinə həsr ediləcək digər konfransların da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar