“The Washington Post”un müxbirinin Qarabağa gedəcəyi Azərbaycan XİN-ə bildirilibmiş
“Azərbaycan Xarici İşlər Nazirliyi “The Washington Post” qəzetinin müxbirinin işğal altındakı Dağlıq Qarabağa səfəri barədə məlumatlandırılıb və bu səfərin həyata keçirilməsinə etiraz etməyib”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib. O, ümid etdiyini bildirib ki, “The Washington Post” qərəzsiz imicinə sadiq qalacaq və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinə də öz səhifələrində yer verəcək”.
E. Poluxov qeyd edib ki, Azərbaycan münaqişə barədə məsələləri işıqlandırarkən obyektiv mövqe tutan, ən azı hər iki tərəfin də mövqeyini təqdim edən dünyanın istənilən kütləvi informasiya vasitəsi ilə əməkdaşlığa hazırdır.
Xatırladaq ki, ABŞ-ın “The Washington Post” qəzetinin Moskva müxbiri Uil İnqlunq bu yaxılarda Dağlıq Qarabağa səfər edib və münaqişə barədə sırf ermənilərin mövqeyini əks etdirən birtərəfli yazı yazıb.

401