Nüfuzlu Meksika jurnalı Azərbaycandan yazdı
11 iyul 2011 13:04 (UTC +04:00)

Nüfuzlu Meksika jurnalı Azərbaycandan yazdı

Meksikanın nüfuzlu “Mundo İnternacional” jurnalında Azərbaycan haqqında, Meksika və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin inkişaf edən iqtisadiyyatı, eyni zamanda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs olunan geniş məqalə dərc edilib.


Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, məqalədə, həmçinin, 2011-ci ilin mart ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərinə mühüm yer ayrılıb.

Məqalədə Sovet İttifaqının dağılmasından sonra, öz müstəqilliyini bərpa etmək, dövlətçiliyini inkişaf etdirib gücləndirmək üçün Azərbaycan xalqının tarixi imkan qazandığı, o zaman Azərbaycanın yaranmış vəziyyətdən çıxması və uğur qazanmasının böyük sual altında olmaqla yanaşı, həmçinin, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkə daxilində siyasi stabilliyin pozulması və iqtisadi çətinliklər vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib.


Məqalədə qeyd edilib ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlər, o cümlədən ölkənin özünəməxsus neft strategiyası Heydər Əliyev tərəfindən təməli qoyulmuş və İlham Əliyevin davam etdirdiyi xarici siyasət nəticəsində mümkün olub.

Məqalədə, Ermənistanın hərbi təcavüzü, etnik təmizləmələr siyasəti, bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş azərbaycanlının hüquqlarının pozulması, habelə Azərbaycanın böyük bir ərazisində xalqın mədəni və tarixi irsinin məhv edilməsi məsələlərinə xüsusi yer ayrılıb.


Qeyd edilib ki, Ermənistan tərəfindən təcavüzkar siyasətin davam etdirilməsi regional və beynəlxalq sülhə təhdidlər yaradır.


Məqalədə, habelə Şərqdə ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs edilib.

Azərbaycan və Meksika arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edilərək, məqalədə qeyd edilib ki, 2008-ci ildən etibarən fəaliyyət göstərən Azərbaycanın Meksikadakı Səfirliyi ölkəmizin Latın Amerikasında ilk səfirliyi olub və bu da, öz növbəsində Azərbaycan tərəfindən Meksika ilə münasibətlərin inkişaf etdirilməsinə verilən əhəmiyyətin göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar