Strasburq Məhkəməsinə Ermənistanla bağlı iddia ərizələri göndərilib - FOTO
11 iyul 2011 12:37 (UTC +04:00)

Strasburq Məhkəməsinə Ermənistanla bağlı iddia ərizələri göndərilib - FOTO

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə “Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı Məhkəmə iddiasının qaldırılması” adlı layihə həyata keçirir.

İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində işğal olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmiş Azərbaycana məxsus 4 məscid, 5 muzey və alban dövrünə aid 3 monastırın vandalizmə məruz qalması barədə Ermənistana qarşı məhkəmə iddiası artıq Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.


Bu abidələr sırasında Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi, Kəlbəcər Gəncəsər monastırı, Şuşa şəhərindəki Aşağı Gövhərağa məscidi, Şuşa şəhəri Yuxarı Gövhərağa məscidi də var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067

Oxşar yazılar