ATƏT PA Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin etdi
ATƏT-in PA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə qurumun prezidenti Petros Eftimiu ATƏT PA-nın Belqradda keçirilən illik sessiyasının plenar iclasında bildirib. P. Eftimiu bu qərarı verməzdən əvvəl Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətləri ilə məsləhətləşmələr apardığını deyib.
“Joao Suareş regiondakı vacib tərəfdaşlar haqqında geniş məlumatlara və onlarla şəxsi münasibətlərə malikdir. Onun diqqəti Qafqazda davam edən münaqişələrə yönəltmək və insanların birləşməsinə nail olmaq üçün lazımi diplomatik bacarığı var”, - deyə P. Eftimiu vurğulayıb.
Öz növbəsində, J. Suareş qeyd edib ki, bundan sonra da Cənubi Qafqaz regionunda əlaqələrin güclənməsinə və ATƏT-in Minsk qrupuna Dağlıq Qarabağ münaqişəsinin həllində yardım göstərməyə çalışacaq.
Qeyd edək ki, J. Suareş Avropa Parlamenti və ATƏT PA-nın üzvü olub, iki il ATƏT PA-nın prezidenti postunu tutub.

514