Bir neçə ölkənin BMT yanında daimi nümayəndəsi Quba məzarlığına gedib
09 iyul 2011 15:10 (UTC +04:00)

Bir neçə ölkənin BMT yanında daimi nümayəndəsi Quba məzarlığına gedib

APA-nın şimal bürosunun məlumatına görə, Banqladeş, Dominikan Respublikası, Burkina Faso, Konqo, Qambiya, Lesoto, Maldiv adaları, Myanma, Nauru, Somali, Trinidad və Tobaqo və Toqo səfirləri öncə Quba soyqırımı məzarlığını ziyarət ediblər. Burada araşdırma aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev diplomatlara Quba soyqırımı məzarlığı haqqında geniş məlumat verib, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı barədə danışıb.

Gördüklərindən dəhşətə gəldiyini deyən Qambiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Syuzan Vaffa Oqu bu barədə həm BMT-də, həm də ölkəsində geniş təbliğat aparacağını bildirib.

Qubaya səfər çərçivəsində qonaqlar Qırmızı qəsəbədə yaşayan dağ yəhudilərinin sinaqoqunu da ziyarət ediblər. Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev qonaqlara ölkəmizdəki tolerantlıqdan danışıb, yəhudilərin Qubada məskunlaşma tarixi barədə məlumat verib.

Daha sonra səfirlər “Qədim Quba” Özəl Xalçaçılıq Müəssisəsində olublar. Müəssisənin direktoru Humayə Məmmədova qonaqlara qədim el sənəti barədə məlumatlar verib.

Qeyd edək ki, qonaqları Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, eləcə də Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev və XİN Dövlət Protokolu nümayəndəsi Fuad Əliyev müşayiət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar