Elmar Məmmədyarov Rusiyaya iyulun 17-də gedəcək
09 iyul 2011 14:19 (UTC +04:00)

Elmar Məmmədyarov Rusiyaya iyulun 17-də gedəcək

0
APA-nın məlumatına görə, E. Məmmədyarov bu gün jurnalistlərə verdiyi açıqlamasında Rusiyaya iyulun 17-də səfər edəcəyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında baş tutacaq səfər iki gün çəkəcək.


Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı durumu müzakirə ediləcək, Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilənin ratifikasiyası haqqında sənəd mübadiləsi aparılacaq, iki ölkə arasında xarici siyasət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini nəzərdə tutan bir sıra qərarlar qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar