Azərbaycan diasporu “The Washington Post”da çap olunan məqaləyə etiraz edir
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan diasporunu narahat edən əsas fakt odur ki, “The Washington Post” qəzetində nəşr olunmuş, Azərbaycan və onun Dağlıq Qarabağ regionuna həsr olunmuş məqalədə Ermənistan tərəfinin maraqları ifadə olunur, Azərbaycan tərəfinin mövqeyi nəzərə alınmır.
Bəzi diaspor üzvləri bu məqalənin “The Washington Post” qəzetinin saytından çıxarılması üçün lazımi addımlar atılmasını təklif edir, bəziləri isə hesab edirlər ki, Azərbaycan tərəfinin mövqeyini əks etdirən şərh və düzgün informasiya mənbələrinin linklərinin göndərilməsi “The Washington Post”un oxucularına münaqişə haqqında düzgün məlumat əldə etməyə imkan verəcək.
Məqalədə Dağlıq Qarabağ münaqişəsi və onun tarixi ilə bağlı əsas amillərin yanlış şərh olunduğunu qeyd edən diaspor üzvləri bütün dostlarını Azərbaycanın mövqeyini və haqqı dəstəkləməyə çağırıb.
Qeyd edək ki, ABŞ-ın “The Washington Post” qəzetinin 7 iyul tarixli sayında Dağlıq Qarabağ haqqında məqalə dərc olunub. APA-nın xəbərinə görə, qəzetin Moskva müxbiri Uil İnqlunq Azərbaycanın erməni işğal altındakı ərazisi olan Dağlıq Qarabağa səfər edib və səfərlə bağlı yazı hazırlayıb. O, yazısında Xankəndi və Qarabağ yerinə “Stepanakert”, “Arsax” ifadələrindən istifadə edib, tarixi faktları təhrif edib və münaqişə haqqında birtərəfli məlumatlara yer verib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər edən bir neçə jurnalisti “qara siyahı”ya salıb. Onların arasında “Exo Moskvı” radiosunun baş redaktor müavini Sergey Buntman və “İzvestiya”nın müxbiri Yuri Sneqiryov da var.

382