Umud Rəhimoğlu BMT baş katibi ilə görüşüb
08 iyul 2011 17:52 (UTC +04:00)

Umud Rəhimoğlu BMT baş katibi ilə görüşüb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılıb. BAMF-ın informasiya departamentindən Lent.az-a verilən məlumata görə, “Le des Nations” sarayında təşkil olunan tədbirdə dünyanın tanınmış isimləri, o cümlədən, Braziliyanın prezidenti Dilma Vana Rousseff, Böyük Britaniyanın sabiq baş naziri Gordon Broun, UNESCO-nun baş direktoru İrina Bokova, UNICEF–in icraçı direktoru Anthony Lake, Dünya Bankının Təhsil üzrə Direktoru Elizabeth King, ECOSOC-un prezidenti Lazarous Kapambe, BMT-nin müxtəlif qurumlarının rəhbərləri, habelə, Almaniyanın, Belarusun, Seneqalın, Banqladeşin, Pakistanın, Qətərin, Zambiyanın, Mavritaniyanın təhsil və digər sahələr üzrə nazirləri çıxış ediblər.

Toplantının ilk günüdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də çıxış edib. BMT-nin Baş Katibi Pan Gİ Mun Yüksək Səviyyəli Toplantı çərçivəsində 4-cü günü keçirilən sessiyaya qatılıb. Pan Gi Mun da tədbirdə çıxış edib. Həmin gün Umud Rəhimoğlu Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün “Təhsildə beynəlxalq səviyyədə razılaşdırılmış məqsəd və öhdəliklərin yerinə yetirilməsi” mövzusuna həsr edilmiş tədbirdə “Azərbaycandakı müharibə qurbanları və onların ailə üzvlərinin müstəqilliyinin təmin edilməsində təhsil insanları bərabər inkişafa həvəsləndirən vasitə kimi” adlı məruzə ilə çıxış edib. O, Dağlıq Qarabağ problemindən, bu problemin ölkəmizə, o cümlədən Azərbaycanın təhsil sisteminə vurduğu ağır zərbədən danışıb. BAMF sədri çıxışının sonunda ECOSOC-a səslənərək deyib ki, “konfliktlərin həll edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına, məktəblərinə qayıtmaları üçün səsinizi qaldırın”.

Tədbir çərçivəsində Umud Rəhimoğlu BMT-nin baş Katibi Pan Gi Munla da görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar