Elmar Məmmədyarov bəzi ölkələrin BMT yanında Daimi Nümayəndələri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeşin, Dominikan Respublikasının, Burkina Fasonun, Konqonun, Qambiyanın, Lesotonun, Maldiv adalarının, Myanmanın, Naurunun, Somalinin, Trinidad və Tobaqonun və Toqonun BMT yanında Daimi Nümayəndələrini qəbul edib.
XİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yolu və bu il müstəqilliyinin bərpasının 20 illiyini qeyd etdiyini qonaqların nəzərinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir və ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində bu bölgədə bütün iri layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir.
E.Məmmədyarov ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbonat ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və Azərbaycanın bu layihələrdə iştirakı, Şərq və Qərbi birləşdirməyi istiqamətləndirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında söhbət aparıb.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal üzv olduğunu qeyd edən nazir ölkəsinin keçən ay Qoşulmama Hərəkatına tam üzv olduğunu qonaqların nəzərinə çatdırıb.
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun son durumu barədə qonaqlara ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin həllində artıq beynəlxalq aləm tərəfindən status-kvo-nun saxlanılmasının qəbul olunmaz olduğunun qeyd edildiyini və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mümkünlüyünü vurğulayıb.
Sonra nazir E.Məmmədyarov qonaqların Azərbaycanda və regionda baş verən proseslərlə bağlı bir sıra suallarını da cavablandırıb.

501