Azərbaycan Afrika İttifaqına üzv ölkələrə müraciət edib
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Afrika İttifaqının 26 iyun - 1 iyul tarixlərində Ekvatorial Qvineyada keçirilmiş sammitində ölkəmizi Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi statusunda təmsil edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sammit çərçivəsində Şahin Abdullayev Afrika İttifaqı Komissiyasının sədri Jan Pinq, Afrika İttifaqının qərargahının rəisi Səfir Con Kayodi Şinkayi və təşkilatın humanitar və insan resurslarının inkişafı departamentlərinin direktorları ilə görüşlər keçirib.
Bu görüşlərdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm-təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Sammit çərçivəsində Azərbaycan Respublikasının Afrika İttifaqı üzv ölkələrinə müraciəti yayılıb.

374