III qrup abituriyentlərinin əhəmiyyətli hissəsi 100-dən az bal toplayıb
Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, həmin məzunların əksəriyyət orta məktəbi bu il bitirib: “Bu məzunlar qəbul imtahanlarından əvvəl attestat imtahanı veriblər, attestatlarını alıblar. Ona görə də onların bu qədər aşağı bal toplaması anlaşılmazdır, çünki onlar az əvvəl attestat imtahanı veriblər”.
M. Abbaszadə deyib ki, orta məktəbi əvvəlki illərdə bitirən abituriyentlərin 0-100 bal arası nəticə göstərməsinə normal yanaşmaq olsa da, məktəbi bu il bitirənlərin bu qədər zəif nəticə göstərməsini normal qəbul etmək olmaz.
Ramiz Mikayıloğlu

345