Həmsədrlər regiona gələn həftə gələcəklər
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona gələn həftə səfər edəcəklər. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib. Səfir dəqiq tarixin hələ bəlli olmadığını deyib. Onun sözlərinə görə, həmsədrlərin səfər marşrutu da hələ məlum deyil: “Əsas odur ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar davam edəcək”.
Prezidentlərin Kazan görüşündə nəticə əldə edilməməsinə baxmayaraq, M. Brayza görüşdə müəyyən tərəqqinin qeydə alındığını vurğulayıb: “Həmsədrlər bu tərəqqini saxlamaq üçün regiona gələcəklər. Biz bu tərəqqini görürük və ümid edirik ki, həmsədrlər bunun davam etməsinə nail olacaqlar”.

351