Avropa İttifaqının ekspertləri Vüqar Səfərli ilə görüşüblər
Avropa İttifaqının himayəsi və “Qara dəniz - Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun” təşkilatçılığı ilə bir qrup ekspert "Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin rolu" mövzusunda monitorinq aparmaq üçün Bakıda səfərdədirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan Lent.az-a verilən məlumata görə, nümayəndə heyəti bu gün səfər proqramı çərçivəsində KİV DF-nin icraçı direktoru Vüqar Səfərli ilə görüş keçirib.
Avropa İttifaqının İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının İqtisadi və Sosial Komitəsinin Daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri Brayan Kassidi, Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin müstəqil siyasi analitiki, Avropa İttifaqı Qonşuluğu Forumunun əlaqələndiricisi Amanda Paul Akçakoça, cəmiyyətdə və sosial-inkişafda gənclər və qadınların rolu sahəsində Fondun tədqiqatçısı Feliçiya Skoartsa daxildir.
KİF DF-nin icraçı direktoru Vüqar Səfərli onlara Fondun yaranma tarixi, məqsədi, fəaliyyət mexanizmi və iş prinsipləri haqqında ətraflı məlumat verib. Eyni zamanda KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə indiyə qədər həyata keçirilən layihələr, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkarlığın artırılması məqsədilə fərdi yazı müsabiqələrinin keçirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.
Fondun indiyə qədər gördüyü işləri müsbət qiymətləndirən nümayəndə heyəti və onun rəhbəri Marius Opra jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, KİV-in maddi texniki bazasının gücləndirilməsi və onların peşəkarlığının artırılması istiqamətində Fond tərəfindən atılan addımları və həyata keçirdikləri layihələri dəstəklədiyini bildirib.

421