Əli Əliyev “kölgə parlamentinə” qoşulmayacağını deyir
Bunu Lent.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Onları qane etməyən şərtləri açıqlamayan Ə.Əliyev bildirib ki, bu məsələlər daxili müzakirələr zamanı olduğu üçün açıqlanmasını doğru hesab etmir.
Ə.Əliyev deyib ki, o, layihə ilə bağlı həm İqbal Ağazadə, həm də Sərdar Cəlaloğlu ilə görüşüb, müzakirələr aparıb: “Onlar fərqli bir format düşünürlər. Yəqin ki, ancaq Qarabağ seçki blokunun üzvlərindən ibarət bir layihə olacaq. Təbii ki, orda bitərəflər də iştirak edəcək, ancaq daha çox konkret Qarabağ siyasi blokuna aid olan ideyadır”.
“Kölgə parlamenti” ideyasının nə dərəcədə səmərəli olacağına da toxunan partiya sədri deyib ki, Azərbaycanda bütün müxalifət qüvvələri bir araya gəlmədən, orta statistik seçiciyə müxalifət adına bir ünvan göstərmədən yaranmış və yaranacaq heç bir təşkilatın fəaliyyəti nəticə verməyəcək.
Anar Gəraylı

423