İcma rəhbəri: “... bu o demək deyil ki, danışıqlar yeganə həll yoludur”
“Ermənistan azad, demokratik ölkə deyil, onlar asılıdırlar, öz fikirlərini belə deyə bilmirlər”
“Qarabağ danışıqlarında Kazan görüşündən sonra durğunluq yarandığını hesab etmirəm. İstər ATƏT-in Minsk qrupu, istər başqa beynəlxalq təşkilatlar, istər də erməni-azərbaycanlı icması tərəfindən danışıqlar aparılmalıdır. Danışıq getməlidir ki, hərə öz mövqeyini, gücünü ortaya qoysun”.
Bunu APA-nın Kazan görüşündən sonra danışıqların gedişi ilə bağlı sualına cavab olaraq, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
Azərbaycan demokratik ölkə olduğunu bildirən B. Səfərov respublikanın müxtəlif yerlərində hazırda da ermənilərin yaşadığını qeyd edib: “Biz bu gün də Azərbaycanda yaşayan erməni millətindən olanların xətrinə dəymirik, onlarla Azərbaycan vətəndaşı, azsaylı xalqın nümayəndələri kimi davranırıq, hüquqlarını təmin edirik. Azərbaycanın demokratik ölkə olduğunu dünya görür. Azərbaycanın iqtisadiyyatı, Azərbaycanda aparılan quruculuq işləri, insanlarımızın yaşayışı göz qabağındadır. Azərbaycana gələn hər bir şəxs, o cümlədən ermənilər də bunu görürlər”.
B. Səfərov separatçılıqla, qeyri-qanuni, cinayət əməlləri ilə məşğul olanların məhkəmə qarşısında cavab verməli olduqlarını vurğulayıb: “Dağlıq Qarabağdakı sadə ermənilər isə Azərbaycanın şəxsiyyət vəsiqəsini almaqla, Azərbaycan Konstitusiyasına hörmət etməklə burada yaşaya bilərlər”.
İcma rəhbəri Kazan görüşündə ermənilərin ortaya mövqeyi qoymadıqlarını da qeyd edib: “Ermənilərin heç vaxt öz mövqeləri olmayıb. Burada söhbət ümumilikdə xalqdan deyil, ancaq Ermənistan prezidentindən, ermənilərin bugünkü rəhbərlərindən gedir. Məhz onun heç bir mövqeyi yoxdur, mövqeyini hər dəfə dəyişir. Çünki onların respublikaları azad, demokratik deyil, onlar asılıdırlar, öz fikirlərini belə deyə bilmirlər”.
B. Səfərov Azərbaycan xalqının Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllini istədiyini vurğulayıb: “Ancaq bu o demək deyil ki, sülh, danışıqlar bu məsələnin yeganə həll yoludur. Kazan görüşündən sonra Bakıda keçirilən parad ölkəmizin hərbi gücünü, qüdrətini, qüvvəsini nümayiş etdirdi. Parad bir daha nümayiş etdirdi ki, Dağlıq Qarabağın işğaldan müharibə yolu ilə azad edilməsində Azərbaycanın heç bir çətinliyi yoxdur”.
Bütün dünya ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən icma rəhbəri, ermənilərin də bunu bildiyini qeyd edib: “Ermənilər bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, tanıyır. Hamı, o cümlədən ermənilər də bilirlər ki, biz doğma torpaqlarımıza qayıdacağıq!”

557