Deputat: “Rusiya Ermənistanda normal fəaliyyət göstərən müəssisə yarada bilməyib”
07 iyul 2011 13:01 (UTC +04:00)

Deputat: “Rusiya Ermənistanda normal fəaliyyət göstərən müəssisə yarada bilməyib”

Lent.az-ın Yeni Azərbaycan Partiyasının saytına istinadən məlumatına görə, bunu hakim partiyanın deputatı, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistan – Azərbaycan münaqişəsinin tərəfləri ilə bərabər münasibət saxlaması və hərbi gücün artırılmasına təsir etməməsi daha düzgün olardı.

Ermənistanla Rusiyanın quru sərhədinin olmadığını xatırladan A.Mirzəzadənin sözlərinə görə, yeganə yol İran və Rusiya ilə münasibəti pis olan Gürcüstanladır. O qeyd edib ki, həmin müəssisələrin təşkil edilməsindən başqa, onların xammal, texniki avadanlıqlar, ehtiyat hissələri ilə təmin edilməsi məsələsi də var. Bunların təyyarə ilə daşınması isə həddindən artıq baha başa gələ bilər.

“Rusiya indiyə qədər Ermənistanda normal fəaliyyət göstərə bilən hansısa müəssisə yarada bilməyib. Sadəcə, Azərbaycanın hərbi sənaye kompleksinin yaranması Ermənistanda qıcıq yaradır. İşğalçı dövlət bu mənada Azərbaycana çatmağa çalışır. Ancaq Azərbaycanın imkanları, qurduğu əlaqələr Ermənistanda yoxdur və hətta müharibə bitəndən sonra da ola bilməz. Bu baxımdan, hesab edirəm ki, bu barədə yayılan məlumat düzgün deyil. Mümkündür ki, o qədər də əhəmiyyət daşımayan xırda istehsalat sahələri təşkil edilsin, ancaq bunu müəssisə adlandırmaq böyük şübhə altındadır” - deyə, komitə sədrinin müavini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar