Ərdoğan iyulun sonunda Azərbaycana gələcək
07 iyul 2011 11:55 (UTC +04:00)

Ərdoğan iyulun sonunda Azərbaycana gələcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyul ayının sonunda Azərbaycana səfərə gələcək. APA-nın xəbərinə görə, səfər zamanı Azərbaycanla Türkiyə arasında təbii qazın tranziti haqqında saziş imzalanacağı gözlənilir.

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçirilməsi də planlaşdırılıb. Müzakirələrdə viza rejiminin ləğvi məsələsi də gündəmə gələcək.

Xatırladaq ki, R. T. Ərdoğan iyunun 12-də keçirilən parlament seçkilərindən əvvəl verdiyi müsahibədə seçkidən sonra ilk xarici səfərini ənənəyə uyğun olaraq Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcəyini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar