Rusiya XİN başçısı: “Dağlıq Qarabağda insidentlərin sayı azalıb”
Bakı. Viktoriya Dementyeva – APA. “Dağlıq Qarabağda, qoşunların təmas xəttində aparılan monitorinqin nəticələri barədə Vyanada təqdim olunan hesabat göstərir ki, təmas xəttində baş verən insidentlərin sayı azalıb”. APA-nın xəbərinə görə, bunu Moskvada ermənistanlı həmkarı Edvard Nalbandyanla birlikdə mətbuat konfransı keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
S. Lavrov bildirib ki, Rusiya həmsədr ölkə prezidentlərinin Dovil bəyanatında ortaya qoyulan, eləcə də son bir neçə ildə Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqlarda Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbul olunan mövqedə qalır: “Bu sənədlər münaqişənin dinc yolla həlinə bağlılığı nəinki təsdiqləyir, həm də gərginliyin azaldılması, etimadın möhkəmləndirilməsi və təmas xəttində insidentlərin qarşısının alınması üçün razılıqları ehtiva edir. Dediyim kimi, Azərbaycan və Ermənistan prezidentləri bu öhdəlikləri Rusiya prezidentinin iştirakı ilə qəbul ediblər. Bu günlərdə ATƏT-in xətti ilə təmas xəttində növbəti monitorinq keçirilib. Monitorinqi keçirən missiyanın Vyanada təqdim etdiyi hesabat göstərir ki, insidentlərin sayı azalmaqdadır. Bu, müsbət tendensiyadır. Bu tendensiyanın möhkəmlənməsi və əldə olunmuş razılıqlara əməl olunması üçün hər şeyi edəcəyik”.

506