Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşüb
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə nazirlər ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluqlarını bildiriblər.
Siyasi əlaqələrin inkişafının əsas göstəricisi kimi mütəmadi həyata keçirilən yüksək səviyyəli səfərlər, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Corcio Napolitanonun dəvəti ilə bu il iyunun 2-də İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirlərdə iştirakı qeyd edilib.
İqtisadi əlaqələrə gəldikdə, F.Frattini ölkəsinin gələcək də Azərbaycanın birinci ticarət tərəfdaşı olaraq davam edəcəyinə inandığını bildirib. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız neft sahəsində deyil, eləcə də qeyri-neft sektorunda da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bundan əlavə, tərəflər mədəniyyət və təhsil sahələrində əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək bir sıra layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin, regional təhlükəsizlik məsələləri müzakirə edilib. E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi barədə məlumat verib. E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllinin bütövlükdə regionda sülhün və sabitliyin bərqərar olması, habelə bölgənin çiçəklənməsi üçün zəruri olduğunu qeyd edib.
F.Frattini azərbaycanlı həmkarı ilə razı olduğunu və ölkəsinin hazırkı danışıqlar prosesini dəstəklədiyini bildirib.
Enerji təhlükəsizliyi məsələləri də müzakirə mövzularından olub. Bu xüsusda E.Məmmədyarov həmkarına regionda cari və perspektiv enerji layihələri barədə məlumat verib. İtaliyalı nazir F.Frattini öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artmaqda olan rolunu xüsusi vurğulayıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər, xüsusilə də regional və Avropada təhlükəsizlik məsələləri, beynəlxalq terrorizmə qarşı mübarizə və s. barədə geniş fikir mübadiləsi aparılıb.
Sonda hər iki nazir Azərbaycan-İtaliya əlaqələrinin inkişaf dinamikasının artıq strateji əməkdaşlıq mərhələsinə keçməsinə imkan verdiyini qeyd edib.

411