QAT “Hərbi canilər cəzalandırılsın!” şüarı ilə aksiya keçirdi
0
0
Təşkilatın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, aksiya saat 12:00 radələrində BMT nümayəndəliyi qarşısında başlayıb, aksiya iştirakçıları “Ermənistana qarşı sanksiyalar tələb edirik!”, “Hərbi canilər cəzalandırılsın!”, “BMT qətnamələri yerinə yetirilsin!” və digər şüarları səsləndirib və yazılı plakatları qaldırıblar.
BMT nümayəndəliyi aksiya iştirakçılarından QAT sədrinin müavini Fəridə Əsgərova, İdarə Heyətinin üzvləri Arzu Qasımova və Şahmar İbrahimovu qəbul edib. QAT nümayəndələri aksiyanın bəyanatını təqdim edib və mövqelərini çatdırıblar. Aksiya iştirakçılarının bəyanatında Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini zəbt edərək işğal altında saxladığı, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığı və əsassız ərazi iddialarından geri çəkilmək istəmədiyi bildirilir, bunun məsuliyyətinin beynəlxalq təşkilatların və ilk növbədə BMT-nin üzərinə düşdüyü qeyd olunur.
Daha sonra aksiya Prezident Administrasiyasının qarşısında davam etdirilib. Aksiya iştirakçıları “Müharibənin başlanmasını tələb edirik!”, “Ümid sənədir Azərbaycan əsgəri”, “Hərb, Hərb, Hərb!” və digər şüarları səsləndirib, plakat və Azərbaycan bayraqlarını qaldırıblar.