NATO rəsmisi: “Azərbaycan strateji baxımdan NATO üçün vacib ölkədir”
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov iyulun 5-də NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.
Lent.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, görüşdə Ziyafət Əsgərov NATO-Azərbaycan münasibətlərinin dinamik inkişaf etdiyini söyləyib.
Bildirilib ki, ölkəmiz qurumla Sülh Naminə Əməkdaşlıq və Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində siyasi, diplomatik, islahatlar, terrorizmə qarşı mübarizə sahələrində uğurla əməkdaşlıq edir, Azərbaycan sülhməramlı hərbçiləri Əfqanıstanda nümunəvi xidmət aparırlar, terrorizmə qarşı mübarizədə ölkəmiz hər zaman müttəfiqlərinin yanındadır və dünyanın müxtəlif bölgələrində sülhün, təhlükəsizliyin bərpasında iştirak edir.
Z. Əsgərov Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ problemi, 1 milyona yaxın azərbaycanlının pozulmuş hüquqlarından danışaraq NATO-nu bu məsələdə ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsində fəal olmağa çağırıb.
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay qurumla ölkəmizin münasibətlərini yüksək qiymətləndirib. Əfqanıstanda göstərdiyi dəstəyə görə xalqımıza təşəkkür edib. O, Azərbaycanın regionda strateji baxımdan NATO üçün vacib ölkə olduğunu vurğulayıb. O, regionda terrorizmə qarşı mübarizədə Azərbaycanın çox önəmli rol oynadığını bildirib. Qonaq əməkdaşlığın daha da dərinləşməsi naminə NATO-nun xüsusi nümayəndəsi kimi səylərini əsirgəməyəcəyini söyləyib.
Görüşdə ölkəmizin NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak ediblər.

Oxşar yazılar

İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48