NATO baş katibinin xüsusi nümayəndəsi: “Azərbaycandan dəstək xahiş etdim”
Azərbaycanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay prezident İlham Əliyevlə görüşüb. APA-nın xəbərinə görə, C. Appaturay jurnalistlərə açıqlamasında bildirib ki, prezident İ. Əliyevə Azərbaycan sülhməramlılarının NATO missiyasına Əfqanıstanda verdikləri töhfəyə görə təşəkkürünü bildirib: “Azərbaycan NATO-ya Əfqanıstanda həm sülhməramlı kontingent, həm təlimçilərlə, ən vacibi isə tranzit ölkə olaraq töhfə verir. Mən prezidentdən Azərbaycanın yenə də NATO-ya Əfqanıstan məsələsində tranzit ölkə kimi dəstək verməsini xahiş etdim”.
NATO nümayəndəsi görüşdə ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparıldığını da qeyd edib: “Biz artıq bir neçə spesifik məsələlərlə bağlı əməkdaşlıq edirik. Amma daha da sıx əməkdaşlıq edə bilərik”.
C. Appaturayın sözlərinə görə, Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağ mövzusuna da toxunulub: “Azərbaycan prezidenti münaqişə ilə bağlı öz mövqeyini bildirdi. NATO Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda iştirak eləmir. Amma mən öz tərəfimdən demək istəyirəm ki, bu münaqişənin hərbi həlli yoxdur. Münaqişə ancaq sülh və diplomatiya yolu həlli oluna bilər. İlham Əliyevin də mövqeyi eynidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq qalır”.
C. Appaturay Azərbaycana səfər çərçivəsində bir sıra nazirliklərdə görüşlər keçirdiyini də qeyd edib. O, səfər çərçivəsində NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) üçüncü mərhələsinə keçilməsi ilə bağlı müzakirələrin aparıldığını da bildirib: “Biz növbəti mərhələ ilə bağlı diskussiyalar aparırıq. Azərbaycan və NATO arasında əməkdaşlıq davam edir”.
NATO nümayəndəsi bundan başqa, Əfqanıstan, enerji təhlükəsizliyi, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək niyyətlərini də ifadə edib.

585