Elmar Məmmədyarov Vatikana səfər edəcək
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov və Müqəddəs Taxt-Tacın Dövlətlərlə münasibətlər şöbəsinin katibi Arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Vatikan arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş”in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayacaqlar.
Elmar Məmmədyarovun Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Akisio Bertoni ilə görüşü də planlaşdırılıb.
Elmar Məmmədyarovun Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Akisio Bertoni ilə görüşü də planlaşdırılıb.
454