Əli Həsənov: “Bu qurultay yeni mərhələnin başlanğıcı olacaq”
Bunu Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda işinə başlayan Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı APA-ya açıqlamasında deyib. Bunun üçüncü qurultay olduğunu xatırladan Ə. Həsənov əvvəlki qurultaylarda dünyada yaşayan azərbaycanlıların qarşısında həmrəylin, birliyin möhkəmləndirilməsi, təşkilatlanmaq, öz ölkələrinin ictimai və siyasi həyatında fəal qüvvəyə çevrilmək, Azərbaycan dövlətçiliyinin əlavə xarici resursu kimi dünyada Azərbaycan dövlətçiliyinin, millətinin təbliğ etmək kimi ideyaların qoyulduğunu bildirib: “2001-ci ildə bu istiqamətdə atlan mühüm addım kimi Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Komitə dünya azərbaycanlılarının təşkilatlanması, vahid bir ideya ətrafında birləşməsi, onların öz aralarında və Azərbaycan dövləti ilə əlaqələrinin qurulması istiqamətində mühüm işlər görüb”.
Ə. Həsənov deyib ki, qurultayda indiyə kimi nail olunan və nail olunmayan məsələlər ətrafında müzakirələr aparılacaq. PA rəsmisi qurultayda prezident İlham Əliyevin çıxışının gözlənildiyini bildirib.
Ötən müddətdə Dünya Azərbaycanlılarının Xartiyasının qəbul olunduğunu xatırladan Ə. Həsənov orada dünya azərbaycanlılarının fəaliyyətinin əsas strateji vəzifələrinin müəyyən olunduğunu deyib: “Bunun ətrafında hesabatlar dinləniləcək. Hesabatlarda əsasən bu günə kimə nəyə nail olunduğu, bundan sonra bizi hansı işlərin gözlədiyi qeyd olunacaq. Dünya azərbaycanlılarının qarşısında hansı ideyaların durduğu əsas müzakirə mövzusu olacaq”.
Şöbə müdiri qurultayın uğurlu sonluqla başa çatacağına inandığını bildirib. O, sonda qurultayın qətnaməsinin, müxtəlif müraciətlərin qəbul edəcəyini açıqlayıb.

403