İbrahim Nəbioğlu: “Qarabağ məsələsi ilə bağlı müraciət qəbul ediləcək”
İyulun 5-də Azərbaycan prezidentinin 21 yanvar 2011-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında” sərəncamdan irəli gələn tədbirlər planı çərçivəsində Bakıda Dünya Azərbaycanlılarının III qurultayı keçiriləcək.
Azərbaycanın İstanbuldakı keçmiş konsulu İbrahim Nəbioğlu Lent.az-a açıqlamasında sonuncu belə qurultayın 5 il əvvəl – 2006-cı ildə keçirildiyini xatırladıb. Arxada qalan 5 il ərzində Azərbaycanın göstərdiyi inkişaf tempini qardaş Türkiyədən görməməyin mümkünsüz olduğunu söyləyən İ.Nəbioğlu qurultayda Türkiyə-Azərbaycan dostluq və əməkdaşlıq təşkilatının sədr müavini kimi iştirak edəcəyini qeyd edib.
Son illərdə diaspora təşkilatlarının keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyduğunu vurğulayan İ.Nəbioğlu bunun səbəblərindən birinin xaricdə yaşayan azərbaycanlıların da artıq Azərbaycanın iqtisadi həyatında rol oynamağa başlaması olduğunu qeyd edib.
Sabahkı qurultayda Dünya azərbaycanlıların III qurultayının qətnaməsinin və prezident İlham Əliyevə müraciətin qəbul ediləcəyini söyləyən diaspora təşkilatının təmsilçisi eyni zamanda, Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrə və onların parlamentlərinə müraciətin qəbul ediləcəyini bildirib.
42 ölkədən 1272 nümayəndənin qatılacağı gözlənilən tədbirdə ən çox iştirakçının Rusiyadan gələcəyi bildirilir. Türkiyədən 101 nümayəndə heyətinin iştirak edəcəyi qurultayda 13 ölkənin 30-a yaxın parlament üzvü təmsil olunacaq. Deputatların təxminən 5-6 nəfəri Türkiyə Parlamentinin nümayəndələri olacaq.
Anar GƏRAYLI

693