Asəf Hacıyev QDİƏT Parlament Məclisinin sədr müavini seçilib
04 iyul 2011 15:31 (UTC +04:00)

Asəf Hacıyev QDİƏT Parlament Məclisinin sədr müavini seçilib

Ukraynanın paytaxtı Kiyev şəhərində 1-2 iyul tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 37-ci plenar sessiyası keçirilib. Lent.az-ın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sessiyada bir sıra məsələlərlə yanaşı təşkilati məsələlərə də baxılıb.

Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri, deputat Asəf Hacıyev Baş Assambleyanın sessiyasında təşkilatın sədr müavini seçilib. Azərbaycanın nümayəndəsi ilə yanaşı sədr müavini seçilən digər üç nəfər isə Türkiyə, Rusiya və Yunanıstanı təmsil edir.

Qeyd edək ki, QDİƏT PM-nin indiki sədri Albaniya parlamentinin spikeridir. Prosedura görə, təşkilata sədrlik 6 aydan bir dəyişir, müavinlər isə iki ildən bir seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192

Oxşar yazılar