Sabah təmas xəttində monitorinq keçiriləcək
04 iyul 2011 10:12 (UTC +04:00)

Sabah təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 5-də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar