Əli Kərimli İP-də baş verənlərə münasibət bildirdi
01 iyul 2011 16:49 (UTC +04:00)

Əli Kərimli İP-də baş verənlərə münasibət bildirdi

APA-nın məlumatına görə, bunu İctimai Palataya (İP) daxil olan AXCP sədri Əli Kərimli partiya Rəyasət Heyətinin və İP-in üzvü Xaliq Bahadırın fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, xüsusən həbsdə olan şəxslərlə bağlı mənfi danışmaq doğru deyil. Bununla yanaşı, Ə. Kərimli vurğulayıb ki, bu və digər fikirlərə qarşı dözümlü olmaq lazımdır: “AXCP özü də Xaliq bəyin hədəflərindən biri olub”.

Ə. Kərimli İP-in və Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəylinin “Demokrat” qəzetində rəhbərlik etdiyi partiya haqqında yazdığı tənqidi fikirlərə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, M. Hacıbəyli AXCP-çiləri qoyub qaçmaqda, qorxaqlıqda ittiham edib. “Bu kimi məsələlərə dözümlü, tolerant yanaşmaq lazımdır”, - deyə Ə. Kərimli bildirib.

Partiya sədri bir müddət əvvəl AXCP ilə Müsavat Partiyasının birləşmə mövzusunun gündəmdə olduğunu, lakin bunun baş verməməsi barədə də danışıb: “Elə məqamlar oldu ki, fikirlər, mövqelər üst-üstə düşmədi. Ancaq biz indi 10 faiz fərqli mövqe yox, 90 faiz üst-üstə düşən mövqeyə istinad etmləliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar